AZ

Bu, küçə davası deyil : Zelenski Trampı Ukraynaya səfərə dəvət edib

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Vladimir Zelenski Donald Trampı Ukraynaya gəlməyə dəvət edib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Rusiyanın işğalının ildönümünə həsr olunmuş çıxışında bildirib.

"Mən dəqiq bilirəm: yalnız Ukraynaya səfər edib həyatımızı və mübarizəmizi öz gözləri ilə görməklə, xalqımızı və bu ağrı dənizini hiss etməklə - yalnız o zaman bu müharibənin əslində nə olduğunu anlamaq olar. Və insanların həyatını məhv edən, onları öldürən, ailələri evsiz qoyan, yaşayış məskənlərini viran edən müharibə kimin günahı səbəbindən başlayıb. Burada təcavüzkar kimdir? Kimə təzyiq göstərilməlidir. Ukraynanın həyatı müdafiə etdiyini, məhz bunun üçün mübarizə apardığını başa düşmək lazımdır. Və bu, küçə döyüşü deyil. Bu, xəstə bir dövlətin suveren dövlətə hücumudur və başa düşmək lazımdır ki, bu Putinin müharibəsidir. Müharibənin başlamasının səbəbi və bitməsinə mane olan odur. Və əsl sülhün olması üçün Rusiya onu yerində oturtmağı bacarmalıdır ", - deyə Zelenski bildirib.

"Politico" nəşrinin qeyd etdiyi kimi, Avropa nümayəndə heyəti Ukraynaya Rusiyanın işğalının ildönümünə qonaq olaraq gəlir, amma əllərində heç nə yoxdur. Jurnalistlər bildirirlər ki, Aİ bu günə qədər Rusiyaya qarşı yeni sanksiya paketini təqdim etməyi planlaşdırıb, amma Budapeştin Kiyevlə neft kəməri üzərindəki münaqişə səbəbindən Macarıstanın vetosu buna mane olub.

Eyni zamanda, Zelenski "Financial Times" qəzetinə verdiyi müsahibədə, Trampa Putinin "oyunlarına" inanmamağı tövsiyə edib. Prezident həmçinin müharibənin başa çatması üçün Ukraynanın etibarlı təhlükəsizlik zəmanətlərinə ehtiyacı olduğunu vurğulayıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
bizimyol.info

1Mənbələr