AZ

Gömrükdə ƏDV borcunun ödənilməsi qaydası yeniləndi

BAKI, 24 fevral. TELEQRAF

Azərbaycan Respublikasında əlavə dəyər vergisi (ƏDV) üzrə gömrük borcunun hesablanması və ödənilməsi qaydalarında dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklər “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2025-ci il 14 iyul tarixli qanunun icrası məqsədilə həyata keçirilib. Qərar Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq qəbul olunub.

Yeniliyə əsasən, “Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası”nın 1.3-cü bəndi yeni redaksiyada təqdim olunub.

Gömrük borcu birbaşa borclu şəxs tərəfindən ödənilə bilər.

Eyni zamanda, Gömrük Məcəlləsinin 258.1-ci maddəsinə uyğun olaraq təqdim edilən təminat çərçivəsində öhdəlik daşıyan şəxslər də bu borcu ödəyə bilər.

Dəyişiklik fiziki şəxslərə də şamil olunur. Belə ki:

Kommersiya məqsədi daşımayan malları ölkəyə gətirən fiziki şəxslər üzrə yaranan gömrük ödənişləri

həmin şəxslərin özü və ya təqdim edilmiş təminat üzrə məsul şəxs tərəfindən ödənilə bilər.

Seçilən
18
teleqraf.com

1Mənbələr