AZ

AMEA-da vəzifə verilən Aynur Günəşli Ramiz Mehdiyevin kadrıdır? - RƏSMİ AÇIQLAMA

Bakı. Trend:

Aynur Günəşli Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləridoktoru Sərxan Xavərinin 2 fevral 2026-cı il tarixli təqdimatıəsasında həmin şöbənin müdirinin müavini vəzifəsinə təyin olunub.Təyinatdan dərhal sonra Aynur Günəşli Elm və təhsil şöbəsinin 15nəfərdən ibarət olan əməkdaşlarına təqdim edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AMEA Elm və təhsilşöbəsindən açıqlama verilib.

Bildirilir ki, Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasının“rəhbəri” olduğu dövrdə 24 aprel 2021-ci ildən 25 noyabr 2022-ciilədək AMEA Rəyasət Heyətinin Aparat rəhbərinin köməkçisivəzifəsini daşıyıb ki, bunun da cəmisi 9 ayı (19 fevral 2022-ciilədək) həmin mərhələyə aiddir":

"Sosial şəbəkələrdə AMEA-da Ramiz Mehdiyevin kadrına yüksəkvəzifə verilməsi ilə əlaqədar yayılmış qeyri-obyektiv məlumatlaraaydınlıq gətirilməsi üçün aşağıdakıları ictimaiyyətin diqqətinəçatdırmağı lazım bilirik:

Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasının “rəhbəri” olduğudövrdə 24 aprel 2021-ci ildən 25 noyabr 2022-ci ilədək AMEA RəyasətHeyətinin Aparat rəhbərinin köməkçisi vəzifəsini daşıyıb ki, bununda cəmisi 9 ayı (19 fevral 2022-ci ilədək) həmin mərhələyə aiddir.Tutduğu kiçik vəzifəyə görə o, hər hansı qərar qəbul etmə və yasosial şəbəkələrdə şişirdilmiş şəkildə deyildiyi kimi “məxfisənədlərin hazırlanmasında” iştirak etmək səlahiyyətinə malikolmayıb.

AMEA Rəyasət Heyətinin Aparat rəhbəri strukturu 2022-ci ildələğv edildikdən sonra Aynur Günəşli Akademiyanın Elm və təhsilşöbəsində baş mütəxəssis kimi fəaliyyətini davam edib. AynurGünəşlinin adı Akademiya dairəsində heç vaxt kiminsə adamı kimihallanmayıb. Akademiyada o, peşəkar proqramçı, elmi hesabatlarınelmmetrik qaydada rəqəmsal proqnozlaşdırılması ilə məşğul olan gəncmütəxəssis və habelə Gənc Alim və Mütəxəssislər Şurasınınfəallarından biri kimi tanınır. 2018-ci ildən Yeni AzərbaycanPartiyasının üzvü olan Aynur Günəşli Yasamal rayonu təşkilatınınAMEA Rəyasət Heyəti Aparatı üzrə ərazi təşkilatı sədrininmüavinidir.

Nəsimi adına Dilçilik İnstitutunun 2015-ci ildən dissertantıolan Aynur Günəşlinin dissertasiya işi 02 iyul 2025-ci il tarixdəDilçilik İnstitutunda müzakirə edilərək müdafiəyə buraxılmışdır.Onun dissertasiya müdafiəsinin sürətləndirilməsi üçün heç vaxtNəsimi adına Dilçilik İnstitutuna müraciət edilməyib.

Son aylarda Aynur Günəşlinin başqa bir qurumda daha yüksəkmaaşla işə dəvət alması ilə əlaqədar olaraq, Elm və təhsil şöbəsionun bacarıqlı və perspektivli gənc peşəkar mütəxəssis kimiAkademiyada qalıb, öz işini davam etdirməsi arzusunu nəzərə alaraqAkademiya rəhbərliyinə müraciət edib. Aynur Günəşli Elm və təhsilşöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavərinin 2fevral 2026-cı il tarixli təqdimatı əsasında həmin şöbəninmüdirinin müavini vəzifəsinə təyin olunub. Təyinatdan dərhal sonraAynur Günəşli Elm və təhsil şöbəsinin 15 nəfərdən ibarət olanəməkdaşlarına təqdim edilib.

Akademiyanın Rəyasət Heyəti əməkdaşlarının gözü qarşısında başvermiş bu reallıqlarla sosial şəbəkələrdə yayılan məlumatlar tamtəzad təşkil edir və qətiyyən həqiqəti əks etdirmir. Sosialşəbəkələr bacarıqlı bir gənc mütəxəssisi yalan, uydurmaməlumatlarla hədəfə alıb, ona kölgə salmağa çalışmaqla yüzlərləbaşqa gənclərin də ümidlərini qırmağa xidmət edirlər", açıqlamadaqeyd olunub.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)prezidenti, akademik İsa Həbibbəyli Ramiz Mehdiyevin yaxın kadrıAynur Cavanşir qızı Günəşlini Rəyasət Heyətində Elm və TəhsilŞöbəsinin müdir müavini vəzifəsinə gətirdiyi ilə bağlı xəbərləryayılmışdı.

İddiaya əsasən, iclasda bu məlumatın gizli saxlanması, mətbuatayayılmaması tapşırılıb.

Məqalədə:
Seçilən
13
7
az.trend.az

8Mənbələr