AZ

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” ölkənin gələcək strategiyasında əsas mərhələdir

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycanın rəqəmsal transformasiya prosesində yeni mərhələnin başlanğıcı hesab olunan “Azərbaycanın yeni rəqəmsal arxitekturası” təşəbbüsü ölkənin gələcək inkişaf prioritetləri sırasında mühüm yer tutur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev deyib.

Alim bildirib ki, hazırda rəqəmsal dövlətə keçid zamanın əsas çağırışlarından biridir və bu istiqamətdə sistemli, vahid yanaşmanın tətbiqi zəruridir. Onun sözlərinə görə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı çərçivəsində keçirilən müşavirə dövlət idarəçiliyində rəqəmsal transformasiyanın sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

R.Alıquliyev qeyd edib ki, ölkədə kibertəhlükəsizlik, süni intellekt texnologiyalarının tətbiqi, eləcə də dövlət qurumlarında onlayn xidmətlərin keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılır.

Alimin sözlərinə görə, süni intellekt texnologiyalarının tətbiqi dövlət idarəçiliyində səmərəliliyin artırılmasına geniş imkanlar açır: “Süni intellekt kifayət qədər maliyyə resurslarına və vaxta qənaət etməyə imkan verir. Bu texnologiya operativ, qərəzsiz və obyektiv qərarların daha az insan resursu ilə qəbul edilməsini təmin edən mühüm vasitədir”.

Mütəxəssis hesab edir ki, qarşıdakı dövrdə süni intellekt, böyük verilənlər (Big Data), bulud texnologiyaları və kibertəhlükəsizlik sahəsində milli potensialın gücləndirilməsi ölkənin rəqabət qabiliyyətinin artırılmasına və dayanıqlı iqtisadi inkişafın təmin olunmasına töhfə verəcək.

Seçilən
26
1
azertag.az

2Mənbələr