Türkiyənin “Fənərbağça” klubunda ciddi itkilər var.
İdmanxeber.az xəbər verir ki, qapıçı Ederson, müdafiəçilər Çağlar Söyüncü və Jayden Oosterwolde, həmçinin yarımmüdafiəçi Anderson Talisca zədələnib.
Çağlar, Talisca və Ederson əzələ, Oosterwolde isə qasıq nahiyəsindən zədə alıb.
Futbolçuların bir neçə həftə meydanlardan kənarda qalacağı bildirilir. Komandada Milan Şkrinyar və Edson Alvares də zədəlilər siyahısındadır.