AZ

Rusiyadan iki ölkəyə xəbərdarlıq: "Dünya müharibəsinə gedən yol..."

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İngiltərə və Fransanın Ukraynaya nüvə bombası vermək planlarının üçüncü dünya müharibəsinə gedən yol olduğunu bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Dmitri Medvedev Rusiyada səfərdə olan Vyetnamın xarici işlər naziri Le Hoai Trunq ilə paytaxt Moskvada görüşüb. Görüşün əvvəlində çıxış edən Medvedev Rusiya ilə Vyetnam arasındakı münasibətlərin inkişaf etdiyini qeyd edib:

"Vyetnamla dialoqun gücləndirilməsi ölkəmizin xarici siyasətində prioritet məsələlər arasındadır".

Medvedev İngiltərə və Fransanın Ukraynaya nüvə bombası vermə ehtimalı ilə bağlı isə bu ifadələri işlədib:

"Bu, birbaşa dünya müharibəsinə gedən yoldur. Bu növ addımların nəticələri bəllidir, lakin buna baxmayaraq belə oyunlar oynanılır".

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti  İngiltərə və Fransanın Ukraynaya nüvə bombası verməyi planlaşdırdığını və bu istiqamətdə işlər apardığını iddia etmişdi.

Kremlin sözçüsü Dmitri Peskov da jurnalistlərə verdiyi açıqlamada bunun son dərəcə təhlükəli olduğunu və bu məsələni Ukrayna böhranının həlli ilə bağlı davam edən prosesdə nəzərə alacaqlarını vurğulamışdı.

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr