AZ

“WhatsApp” istifadəçilərinə şad xəbər: Hələ belə funksiya görməmisiniz

"WhatsApp" messencer istifadəçilər üçün yeni funksiyanı test etməyə başlayıb.

Publika.az xəbər verir ki, yeniliyə əsasən, artıq mesajları əvvəlcədən müəyyən edilən tarix və saat üçün planlaşdırmaq mümkün olacaq.

Məlumata görə, sistem seçilmiş vaxtda mesajı avtomatik olaraq qarşı tərəfə göndərəcək.

Bu yenilik xüsusilə ad günləri, ildönümləri və digər əlamətdar günləri unutmamaq üçün əlverişli hesab olunur. Eyni zamanda, planlaşdırılmış mesajları sonradan redaktə etmək və ya tamamilə ləğv etmək də mümkün olacaq.

Seçilən
50
1
publika.az

2Mənbələr