AZ

AP ABŞ ın Rusiya Ukrayna danışıqlarına yanaşmasından narahatdır

ain.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Avropa Parlamenti ABŞ-ın Rusiya ilə qısamüddətli razılaşma cəhdindən narahatdır.

Turkustan.az xəbər verir ki, Avropa Parlamenti ABŞ-ın beynəlxalq hüquqa əsaslanan hərtərəfli, ədalətli və davamlı sülh danışıqları aparmaq əvəzinə, Rusiya-Ukrayna danışıqlarında Rusiya ilə qısamüddətli razılaşma əldə etməyə çalışmasından narahatlığını ifadə edib.

Qurumun Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümünə həsr olunmuş xüsusi sessiyasından sonra məsələ ilə bağlı qətnamə 437 səs lehinə, 82 səs əleyhinə qəbul edilib.

Avropa Parlamenti üzvləri Rusiyanı Ukrayna ərazisindən tam şəkildə geri çəkilməyə çağırıblar və işğal olunmuş Ukrayna torpaqlarının heç bir hissəsinin Rusiyaya məxsus kimi tanınmayacağını vurğulayıblar.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
icma.az

2Mənbələr