AZ

ABŞ-da qar fırtınası səbəbindən 5 mindən çox hava reysi ləğv olundu

Bakı. Trend:

ABŞ-nin şərq sahillərinə daxil olmuş güclü qar fırtınası özü ilərekord miqdarda qar gətirərək, 5 mindən çox hava reysinin təxirəsalınmasına səbəb olub.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

ABŞ-nin Milli Hava Xidməti (NWS) məlumatına görə, Rod Aylend vəMassaçusets ştatlarının bəzi bölgələrində qarın hündürlüyü təxminən94 sm çatıb, "Central Park" ərazisində isə 48 sm artıq qaryağıb.

Şərq sahillərində 600 mindən çox obyekt, o cümlədən ev elektrikenerjisiz qalıb. ABŞ-nin nüfuzlu qəzetlərindən biri olan “TheBoston Globe”un redaksiyası fırtına səbəbindən 153 illik tarixindəilk dəfə çap versiyasını nəşr edə bilməyəcəyini bildirib.

Region üzrə nəqliyyat hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb,bəzi ştat və şəhərlərdə fırtınanın ən şiddətli mərhələsində səyahətqadağaları tətbiq olunub.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr