AZ

Binəqədidə 12 min manatlıq oğurluq edənlər saxlanılıblar

Bakı.Trend:

Paytaxtın Binəqədi rayonunda evlərdən silsilə oğurluqlar edilib.Naməlum şəxs müxtəlif vaxtlarda rayonun Biləcəri və Sulutəpəqəsəbələrində yerləşən dörd evdən ümumilikdə 6435 manat dəyərindənağd pul, qızıl-zinət və məişət əşyaları oğurlayıb.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarınınkeçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəlibilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı X. Rüstəmov müəyyənedilərək saxlanılıb. O, taladığı pullarla rayon ərazisindəmağazaların birindən alış-veriş edib.

İdarə əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində rayonərazisindəki evlərin birindən 6 min manat dəyərində qızıl-zinətəşyaları oğurlamaqda şübhəli bilinən 23 yaşlı İ.Feyzullayev dəsaxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Seçilən
19
9
az.trend.az

10Mənbələr