AZ

İFAB DÇ-2026 üçün futbol qaydalarını dəyişəcək? - İnqilabi təkliflər

2026-cı il dünya çempionatında aut atışları və qapıdan zərbələr zamanı geri sayım sisteminin tətbiqi mümkün ola bilər.

Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) oyun vaxtının qəsdən uzadılmasına qarşı yeni mexanizmləri nəzərdən keçirməyi planlaşdırır. Bu qərarın əsas səbəbi qapıçılar üçün tətbiq olunan “8 saniyə qaydası”nın uğurlu nəticələridir. Həmin qaydaya görə, qapıçı topu icazə verilən vaxtdan artıq saxlayarsa, hakim onun qapısı istiqamətində künc zərbəsi təyin edir.

Yeni təklifə əsasən hakim topun oyuna daxil edilməsində qəsdən gecikmə görərsə, 5 saniyəlik geri sayımı başlada biləcək. Bundan başqa, əgər futbolçu aut atışını 5 saniyə ərzində yerinə yetirməzsə, topa sahiblik rəqib komandaya veriləcək. Eyni zamanda qapıdan zərbə gecikdirilərsə, rəqib komanda künc zərbəsi qazanacaq.

Seçilən
1
publika.az

1Mənbələr