AZ

Rusiyanın Çinə neft tədarükündə yeni taktika: Daha böyük tankerlərlə...

Hindistandan Çinə neft axınlarını yönləndirmək zərurəti ilə əlaqədar olaraq, Rusiya şirkətləri çatdırılma taktikalarını dəyişib. Artıq üçüncü sinif tankerlərdən istifadə edilir.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, son illərdə yüklərin əksəriyyəti Hindistan alıcılarına kiçik gəmilərlə göndərilir, lakin Çinə səyahət çox vaxt aparır və bu tanker çatışmazlığına səbəb olur.

Nəşr qeyd edir ki, böyük tankerlər, xüsusən də yük üçün alıcının tez bir zamanda tapılmadığı təqdirdə, neftin uzunmüddətli saxlanması üçün daha uyğundur.

Qeyd edək ki, bu taktika Rusiyanın Avropa limanlarından Çinə neft daşımalarının kəskin artmasına şərait yaradıb. Dekabrda Çinin dəniz yolu ilə Rusiya neftinin ümumi idxalı sutkada 1,39 milyon barel təşkil edib, fevralın əvvəlindən isə bu rəqəm 2,09 milyon barelə çatıb. Eyni dövr ərzində Hindistana tədarüklər gündə təxminən 700 min barel azalıb.

Seçilən
25
publika.az

1Mənbələr