AZ

İsrail İrana mümkün hücumla bağlı əlavə maliyyə tələb etdi

İsrail Müdafiə Nazirliyinin İrana mümkün hücuma hazırlıq məqsədilə hökumətdən bir neçə milyard şekel əlavə maliyyələşdirmə istədiyi bildirilir.

Turkustan.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Müdafiə və Maliyyə nazirliklərinin rəsmiləri bu yaxınlarda 2026-cı il müdafiə büdcəsi üçün əlavə maliyyələşdirmə tələbi ilə bağlı bir sıra görüşlər keçiriblər.

Bu əlavə büdcə tələbi İsrailin ABŞ-ın İrana potensial hücumunda iştirak edə biləcəyi ilə bağlı narahatlıqların olduğu bir vaxta təsadüf edir.

Müdafiə Nazirliyinin İrana mümkün hücumlar üçün tələb etdiyi əlavə büdcənin dəqiq məbləği mətbuata açıqlanmayıb.

Görüşlər zamanı Maliyyə Nazirliyinin bəzi yüksək vəzifəli şəxsləri əlavə büdcə ayrılmasının əsaslandırılmasını şübhə altına almış və Müdafiə Nazirliyinin mövcud təhlükə mühitindən sui-istifadə edərək kifayət qədər dəlil təqdim etmədən daha çox pul tələb etdiyini iddia etmişlər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
10
turkustan.az

1Mənbələr