AZ

Andrey Boyiç: Azərbaycan–Serbiya enerji əməkdaşlığı Avropanın dayanıqlığını gücləndirir

Bakı, 24 fevral, AZƏRTAC

Bakı ilə Belqrad arasında enerji sahəsində əməkdaşlıq qeyri-sabit bazarlar və enerji böhranları şəraitində Avropa ölkələrinin dayanıqlığının möhkəmlənməsinə töhfə verir.

AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında serbiyalı ekspert Andrey Boyiç bu fikri səsləndirib. Onun sözlərinə görə, enerji istənilən cəmiyyətin və dövlətin inkişafının əsasını təşkil edir, qlobal enerji resurslarının məhdudluğu və dünya üzrə tələbatın artması fonunda enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşır. Ekspert qeyd edib ki, enerji keçidi şəraitində elektrik enerjisi dayanıqlı inkişafın əsas elementinə çevrilir.

A.Boyiç vurğulayıb ki, Azərbaycan Serbiyaya artıq təbii qaz ixrac edir və tədarükün genişləndirilməsini planlaşdırır. O bildirib ki, sabit və proqnozlaşdırılan enerji əlaqələri həm ayrı-ayrı ölkələrin milli təhlükəsizliyi, həm də bütövlükdə Avropanın enerji sabitliyi üçün həlledici əhəmiyyət daşıyır.

Ekspertin fikrincə, bu cür əməkdaşlığın inkişafı daha etibarlı enerji təchizat zəncirlərinin formalaşmasına və Avropa dövlətlərinin xarici şoklar qarşısında həssaslığının azalmasına xidmət edir.

Seçilən
22
2
azertag.az

3Mənbələr