ABŞ və Qərb koalisiyasındakı müttəfiqlər öz qüvvələrini bir ay ərzində Suriya ərazisindən tam çıxaracaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Dəməşqdəki hökumət mənbəsi “Syria TV”yə bildirib.
Mənbənin sözlərinə görə, ABŞ hərbçiləri hazırda ölkənin şimal-şərqindəki “Kasrak” döyüş bazasını tərk edirlər.
Suriyada onların sayı min nəfəri keçmir və çıxarılma prosesi 20–30 günə tamamlanacaq. Şəxsi heyət və hərbi texnika karvanları qonşu İraqa yönəldilir.
“Kasrak” bazası Həsəkə vilayətində, əsasən kürdlərin yaşadığı ərazidə yerləşir və “Harab əl-Cir” aviabazası ilə birlikdə Qərb koalisiyasının Suriyada yaratdığı ən böyük hərbi obyektlərdən sayılır.
Bundan əvvəl koalisiya qüvvələri vilayətin cənubundakı Əş-Şəddadi təlim düşərgəsini də tərk etmişdi.
Fevralın 12-də hərbçilər Suriya–İraq–İordaniya sərhədində yerləşən və Dəməşq–Bağdad strateji magistralına nəzarət imkanı verən Ət-Tanf bazasından da çıxarılıb.
Suriyadakı hərbi obyektlərin əksəriyyəti 2014-cü ildə İŞİD qruplaşmasına qarşı mübarizə məqsədilə yaradılıb.
Sara