AZ

İranda etirazlarla bağlı ilk ölüm hökmü ÇIXARILDI

İran məhkəməsi yanvar ayında baş vermiş kütləvi etiraz aksiyalarında iştirak etmiş Məhəmməd Abbasi barəsində ölüm hökmü çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi təqsirləndirilənin ailə üzvlərinə istinadən məlumat yayıb.

Məlumata görə, Abbasi “Allaha qarşı düşmənçilik” ittihamı ilə təqsirli bilinib. O, həmçinin etirazlar zamanı bir polkovnikin qətlində iştirakda ittiham olunur.

Bu qərar yanvar ayında baş vermiş kütləvi aksiyalarla əlaqədar çıxarılan ilk ölüm hökmü kimi qiymətləndirilir.

Bizim.Media

Seçilən
1
bizim.media

1Mənbələr