AZ

Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev vətəndaşları qəbul edib

Fevralın 24-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev Mingəçevir şəhəri, Yevlax, Şəki, Bərdə və Tərtər rayonları sakinlərini videoformatda qəbul edib. Qəbulda iştirak edən vətəndaşlar vergi orqanlarında işə qəbul və kadr məsələləri ilə bağlı müraciət ediblər.

Dövlət Vergi Xidmətinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahatlar verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.

Seçilən
17
vergiler.az

1Mənbələr