Ermənistan qarşıdan gələn parlament seçkiləri prosesinə Rusiyanın mümkün müdaxiləsindən və dezinformasiyadan qorunmaqda kömək etməsi üçün ölkəyə çevik hibrid reaksiya qrupunun göndərilməsi xahişi ilə Avropa İttifaqına (Aİ) müraciət edib.
Bu barədə Ermənistan KİV məlumat yayıb.
Qeyd olunub ki, bu xahişi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yazılı şəkildə Brüsselə göndərib.
Daha əvvəl parlament seçkiləri zamanı Rusiyadan gələn dezinformasiyanın aşkar edilməsi və ona qarşı mübarizədə hakimiyyətə dəstək məqsədilə Moldovaya təxminən 20 nəfərdən ibarət analoji missiya göndərilmişdi. Aİ və Moldova hakimiyyəti layihəni uğurlu hesab edib və indi iyun seçkiləri ərəfəsində Ermənistan üçün də analoji təşəbbüs planlaşdırılır.
Gələcəkdə İrəvanda Aİ-nin daimi mülki missiyasının yaradılması imkanı da istisna edilmir.