AZ

"Fənərbaxça"da zədə böhranı yaşanır

"Fənərbaxça"da "Kasımpaşa" ilə 1:1 hesablı heç-heçədən sonra zədə böhranı yaşanır.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən qarşılaşmanın ilk hissəsində Çağlar Söyüncü və Jayden Osteruolde zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıblar.

Anderson Taliska və qapıçı Ederson görüşü tamamlasalar da, oyunun sonunda hər iki futbolçunun ciddi ağrılarının olduğu müəyyənləşib.

Məlumata görə, Çağlar Söyüncünün 2-3 həftə, Jayden Osteruolde, Ederson Moraes və Anderson Taliskanın isə təxminən 3 həftə meydanlardan kənarda qalacağı gözlənilir. Heyətdəki digər zədəlilərdən Milan Şkriniarın 4, Edson Alvaresin isə təxminən 6 həftəyə heyətə qayıdacağı bildirilir.

Seçilən
5
2
publika.az

3Mənbələr