AZ

Azərbaycanda bu ana ilə oğulun dialoqu maraq doğurdu - VİDEO

Sosial şəbəkələrdə paylaşılan ana ilə oğulun dialoqu maraq doğurub.

Ölkə.Az xəbər verir ki, videoda anası ilə söhbət edən Orxan adlı azyaşlı oğlan anasına sual ünvanlayıb.

“10 dənə tort bişir, tortçu ola bilməzsən. 20 dənə rəsm çək, rəssam ola bilməzsən. Amma bir nəfər adam öldürsən, qatil ola bilərsən”, - deyə o söyləyib.

Anası isə cavabında bildirib: “Çünki insan həyatı dəyərlidir. Sən insan həyatını tortla, rəsmlə müqayisə edə bilərsən? Bir insanın varlığından, ölümündən söhbət gedir. Ola bilər ki, bir nəfər 5 şəkil çəksin, amma səviyyəli olsun. Rəssam adını ala bilər. Məncə, səhv fikirləşirsən”.

Orxanla anasının söhbəti maraqlı sonluqla bitib.

Sosial şəbəkə istifadəçiləri videoya “ balanız ağıllı olacaq”, “bu uşaq gələcəyin alimidir”, “ağıllı suallar verir”, “savad anadan keçib”, “mühakimə etməsi çox yaxşı şeydir”, “nə gözəl söhbət”, “necə dərindən fikirləşir” və s. şərhlər yazılıb.

Həmin görüntüləri təqdim edirik:

Billurə

Seçilən
17
1
olke.az

2Mənbələr