AZ

Haalandın komandası ciddi sanksiya ilə üz-üzədir

style='margin-bottom:10px;'>

"Mançester Siti" klubunun hesabından 40-dan 60-dək xal silinə bilər.

QOL.az xəbər verir ki, "The Overlap"ın məlumatına görə, klub maliyyə feyr-pley qaydalarını pozmaqda təqsirli bilinərsə,  Premyer Liqada tərəfindən müvafiq addımın atılması gözlənilir.

Xatırladaq ki, Premyer Liqa rəhbərliyi klubu 2009-2018-ci illər aralığında 115 maliyyə pozuntusunda ittiham edir. "Mançester Siti" isə bu iddiaları qəti şəkildə rədd edir. Müstəqil komissiya hələ 2024-cü ilin dekabrında dinləmələri başa vursa da, yekun hökm hələ də açıqlanmayıb. 

Maliyyə eksperti Kiran Maquayr "şəhərlilər"i gözləyən mümkün sanksiyalar barədə danışıb. Onun szölərinə görə, Premyer Liqanın klubu birbaşa aşağı liqalara göndərmək səlahiyyəti yoxdur, çünki həmin liqalar Futbol Liqasının tabeliyindədir. Bu səbəbdən ən real cəza kimi 40-60 xalın silinməsi göstərilir ki, bu da "Mançester Siti"nin elitada qalmasını sual altına qoya bilər.

Ekspert həmçinin əlavə edib ki, əgər klubun təqsiri sübuta yetirilərsə, "Mançester Siti"nin bütün idarə heyəti istefaya gedəcək. Hər hansı ittiham irəli sürüləcəyi təqdirdə, Mançester təmsilçisinin apellyasiya şikayəti verəcəyi gözlənilir.

Seçilən
110
1
teleqraf.com

2Mənbələr