AZ

İranda universitetlər distant təhsilə keçdi



İrandakı bəzi universitetlər təhsil fəaliyyətlərini ilin sonuna qədər distant təhsil vasitəsilə həyata keçirmək qərarına gəliblər.

Newscenter.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib. İran mətbuatında yer alan xəbərlərə görə, Xərəzmi və İslam Azad universitetləri bu məsələ ilə bağlı açıqlamalar veriblər.

Bəyanatlarda təhsil fəaliyyətlərinin planlaşdırılmış cədvələ uyğun olaraq həyata keçiriləcəyi və heç bir fasilə olmayacağı bildirilib.

Distant təhsilə davam etmək qərarı İrandakı bəzi universitetlərdə hökumət əleyhinə etirazların başlamasından sonra verilib.

Anar
Seçilən
20
newscenter.az

1Mənbələr