AZ

Goranboyda su çərşənbəsi qeyd edildi - FOTOLAR

Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun Veyisli kəndində Novruz bayramı ümumrayon tədbirləri çərçivəsində, su çərşənbəsi bayram tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Şəhid ailələri, Qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. İcra başçısı tədbir iştirakçılarını, xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək can sağlığı, bol ruzi və sülh arzulayıb. Tədbirdə rayonun mədəniyyət işçilərinin və incəsənət ustalarının ifasında bayram proqramı, folklor nümunələri təqdim edildi, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən əyani səhnələr nümayiş etdirilib.

Sonda bayram tonqalı yandırılıb.

Seçilən
32
unikal.az

1Mənbələr