Bu gün Azərbaycan I Liqasında XVI tur start götürüb.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə autsayder "Şimal" Şamaxıda Cavid Hüseynovlu "Cəbrayıl" üzərində çətin qələbəyə sevinib.
Turun mərkəzi qarşılaşması isə Bayılda baş tutub. Liderin ən yaxın izləyiciləri “Səbail” - “Baku Sportinq” matçında hesab açılmayıb.
Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək.
Azərbaycan I Liqası
XVI tur
24 fevral
“Şimal” – “Cəbrayıl” 3:2
Qollar: N.Osmanov, 45+1, C.Kəlbəliyev, 69, 75 - D.Açimi, 28, 64
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Rəşad Quliyev, Ruslan Quliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
“Səbail” – “Baku Sportinq” 0:0
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman Aslanov, İslam Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”.