AZ

Ən yaxşı arxitektura nümunələri…

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

Dünya arxitekturasının ən yaxşı nümunələri təqdim olunub.

Reyting.az-ın məlumatına görə, "Dezeen" jurnalının təqdim etdiyi arxitektura sıralaması müstəqil ekspertlərin seçimi əsasındadır.

Seçim aşağıdakı kimidir:

Norveçin "Snøhetta" şirkəti ilə Çinin "ECADI" studiyasının şərikli işi olan açılmış yelpik formalı opera teatrı. Binanın içində spiral pilləkən var. Açıq dam ziyarətçilərə xüsusi zövq verir.

İngiltərənin paytaxtı London şəhərindəki "Corstorphine & Wright" binasına məxsus ofis binası… Küçədən kilsənin dairəvi pəncərəsinə uyğun kəsik var.

Albi, Fransa - XIX əsr viaduktdan çıxan ən möhtəşəm, baxımlı polad piyada, həmçinin velosiped körpüsü, orijinal arxı təkrarlayır.

Danimarka "BIG" - bükülmüş optik effektli sənət qalereyası, fasadında isə alüminium tərkibli zolaqlar mövcuddur.

Tay Dağı, Çin - yarım dairəvi pəncərə su üzərində tam dairəni əks etdirir, gün işığını yayır.

"Tomás Hizerwick" tikilisi (Böyük Britaniya) - kinestetik ocaq, qapalı halda onbucaqlı piramida, günəşdə açılan tavanı var.

Çindəki "MAD" tikilisi - köhnə ev fasadında "PVC" balon, "2024 Echigo-Tsumari" üçün tamaşalar keçirmək üçün nəzərdə tutulub.

Drezden, Almaniya. Bu, dünyaca məşhur muzeyin neoklassik fasadını deşən polad əlavə 2011-ci ilə məxsusdur. Ekspertlərin fikrincə, dünyada ən gözəl, ən yaxşı dekonstruktivizm nümunəsidir.

Seul, Cənubi Koreya - Fotoqrafiya muzeyi, beton panellər işığa görə dəyişir, arxitektur üslub kameranın diyaframından ilhamlanıb.

Kristiansburqda, ABŞ-nın Virciniya ştatında yerləşən eksperimental evin ekzoskleti isə dizayner Ben Pennellin, onun şirkəti olan "Virginia Tech" tələbələri tərəfindən çox sadə materiallarla qurulub.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
reyting.az

1Mənbələr