AZ

“Xankəndi” əsas rəqibini məğlub edərək liderliyə YÜKSƏLDİ

Futbol üzrə Azərbaycan II Liqasında XV tura yekun vurulub. 

Bizim.Media xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

Turun mərkəzi qarşılaşması "Qaradağ Lökbatan"la "Xankəndi" arasında baş tutub. 14 turdan sonra 39 xal toplayan liderlərin dueli ikincilərin qələbəsi ilə başa çatıb. "Şəmkir" - "Şəki Siti" matçında isə qapılara qol vurulmayıb.

II Liqa, XV tur

24 fevral

"Xankəndi" - "Qaradağ Lökbatan" 2:1

Qollar: E.Quliyev, 61, F.Abbaslı, 76 (avtoqol) - S.Allahquliyev, 16

"Şəmkir" - "Şəki Siti" 0:0

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
8
bizim.media

1Mənbələr