AZ

Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlandı

Azərbaycanın kişilərdən ibarət basketbol yığmasının baş məşqçisi Tahir Baxşıyev AVRO-2029-un ilkin seçmə mərhələsində İrlandiya və Şimali Makedoniya ilə oyunlar üçün geniş heyəti açıqlayıb.

Fanat.Az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, heyətdə "Sabah"dan 4, "Neftçi", "Gəncə", "Şəki" və "Abşeron Lions"dan 2, "Ordu", "NTD" və İspaniyanın "Tenerife" klubundan isə 1 oyunçu yer alıb.

Milliyə Amil Həmzəyev, Əkbər Məmmədov (hər ikisi "Neftçi"), Emmanuel Aqbason, Endar Poladxanlı, Şirzad Şirzadov, Kamran Məmmədov (hamısı "Sabah"), Ulaş Turqut, Cəbrayıl Əkbərov (hər ikisi "Gəncə"), Elşad Şirzadov ("Ordu"), Vesli Van Bek ("Tenerife"), Derin Berkoz (NTD), Rəşid Abbasov, Ercan Donat (hər ikisi "Şəki"), İsmayıl Abdullayev və Saadettin Donat (hər ikisi "Abşeron Lions") dəvət olunublar.

Əkbər Məmmədov və İsmayıl Abdullayev geniş heyətə cəlb olunsalar da, zədə səbəbindən təlim-məşq toplanışını davam etdirə bilməyiblər.

Seçilən
1
fanat.az

1Mənbələr