AZ

Oruc tutanların yol verdiyi, ağrılara səbəb olan 10 kritik səhv

Müqəddəs Ramazan ayının gəlişi ilə mütəxəssislər 30 gün ərzində sağlam orucun vacibliyi barədə xəbərdarlıq edirlər.

Ölkə.Az xəbər verir ki, türkiyəli professor Dr. Osman Müftüoğlu iftardan imsaka qədər isanların yol verdiyi 10 kritik səhvi sadalayıb.

Həmin səhvlər aşağıdakılardır:

1. İftara “hücum etmək”

Bütün günü dincələn mədəyə qəfil yüksək kalorili yeməklərlə hücum etmək bədəndə "insulin partlayışı" yaradır. Nəticədə mədə yorulur və qarında yeni yağ yığınları toplanır.

2. Karbohidrat və şirin tələlər

Ağ çörək, düyü plovu və şəkərli desertlərdən ibarət üçlük qan şəkərini lift kimi sürətlə yuxarı qalxmasına səbəb olur. Sonradan qəfil və kəskin düşmə sizi zəif hiss etdirir və bitmək bilməyən aclıq hissi yaradır.

3. Proteini unutmaq

İftar və imsakda yeməyinizə kifayət qədər protein daxil etməsəniz, əzələ itkisi qaçılmazdır. Protein çatışmazlığı gün ərzində yorğunluğunuzun və halsızlığınızın əsas səbəbidir.

4. İmsakı ötürmək

"Yuxumu bölməyim " düşüncəsi ilə imsakı ötürüb oruc tutmaq maddələr mübadilənizə verə biləcəyiniz ən böyük işgəncədir. Bütün gün davam edən baş ağrıları, aşağı təzyiq, əzələ əriməsi və qan şəkəri böhranları qaçılmaz aqibətiniz olacaq.

5. Sudan az istifadə

İftar və imsak arasında kifayət qədər su qəbul etməsəniz, bədəniniz susuzlaşacaq. Unutmayın, səbəbi bilinməyən baş ağrıları, qəbizlik və qan təzyiqi dalğalanmaları çox vaxt susuzlaşmadan qaynaqlanır.

6. Gecəni ekran qarşısında keçirmək

İmsaka qədər oyaq qalmaq və ekran qarşısında vaxt keçirmək sirkadian ritminizi və ya bioloji saatınızı pozur. Bu da lortizol-insulin balansınızı alt-üst edir.

7. “Orucam” deyib hərəkətsiz qalmaq

Fiziki aktivlikdən tamamilə imtina etmək əzələ itkisini sürətləndirir. "Onsuz da acam" deməyin, iftardan sonra yüngül gəzintilər və qısa müqavimət məşqləri maddələr mübadilənizin yavaşlamasına mane olur.

8. Qazlı və şəkərli içkilər

Qazlı və şəkərli içkilərlə orucu açmaq mədəni lazımsız yerə şişirdir. Üstəlik, qan şəkərini artırır və bədəni yalnız "boş kalori" ilə yükləyir.

9. Çay və qəhvənin həddindən həddindən artıq istifadəsi

İftardan sonra çayniklərlə çay, bir neçə fincan qəhvə içmək yuxunu pozur. Həmçinin həssas insanlarda ürək döyüntüsünə və mədə reflüksünə səbəb olur.

10. Dərman vaxtlarının dəyişdirilməsi

Əgər xroniki xəstəliyiniz varsa, həkiminizlə məsləhətləşmədən "Bu dərmanı imsakda qəbul edəcəyəm" deyərək dərman vaxtınızı dəyişdirmək böyük riskdir. Həkiminizin razılığı mütləqdir.

Professor əlavə edib ki, Ramazanda ən çox gərginləşən sistem yuxudur. Mütəxəssis deyir ki, gecə yuxusundan əlavə, gün ərzində 20-30 dəqiqəlik qısa yuxular zehni təmizləməyə kömək edir.

Billurə

Seçilən
18
1
olke.az

2Mənbələr