AZ

“Heç vaxt təsəvvür etməmişdim ki...” Pentaqondan yadplanetlilər açıqlaması

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ müdafiə naziri Pit Heqset uçan naməlum obyektlər (UNO) və yerüstü həyatla bağlı sənədlərin açıqlanması prosesinə başlanıldığını bildirib.

Ölkə.Az-ın xarici mətbuata istinadən məlumatına görə, nazir etiraf edib ki, belə bir mövzunun onun vəzifəsinin bir hissəsinə çevriləcəyini gözləmirmiş.

“Heç vaxt təsəvvür etməmişdim ki, yerüstü həyatla bağlı sənədlərin açıqlanması Pentaqon katibi kimi mənim işimin bir hissəsi olacaq. Hazırda işçilərimiz bunun üzərində işləyirlər. Bunun nə qədər vaxt aparacağını əvvəlcədən demək istəmirəm, amma biz başlayırıq”, - o söyləyib.

Məsələ ABŞ prezidenti Donald Trampın tapşırığından sonra gündəmə gəlib. Tramp sosial şəbəkə hesabında Müdafiə Nazirliyinə və digər aidiyyəti qurumlara yadplanetlilər, naməlum hava hadisələri və UNO-larla bağlı hökumət sənədlərinin müəyyən edilməsi və açıqlanması prosesinə start verilməsi barədə göstəriş verdiyini yazıb.

“Böyük marağı nəzərə alaraq olduqca mürəkkəb, lakin son dərəcə maraqlı və vacib məsələlərlə bağlı sənədlərin açıqlanması prosesinə başlamağı tapşırıram”, – deyə o bildirib.

Xatırladaq ki, bundan əvvəl ABŞ-nin sabiq prezidenti Barak Obama da naməlum hava hadisələri ilə bağlı açıqlamaları ilə müzakirələrə səbəb olmuşdu. Tramp isə həmin çıxışların dolayısı ilə məxfi məlumatların üzə çıxarılması anlamına gəldiyini iddia etmişdi.

Hazırda prosesin başlandığı bildirilsə də, sənədlərin nə vaxt ictimaiyyətə təqdim olunacağı barədə konkret tarix açıqlanmayıb.

Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
2
olke.az

3Mənbələr