"ABŞ vasitəçiliyi ilə növbəti dəfə Cenevrədə Rusiya–Ukrayna danışıqları keçiriləcək. Bu görüşlər Ukraynanın cəbhə xəttində müəyyən irəliləyişlər əldə etdiyi bir mərhələyə təsadüf edir. İndiyə qədər baş tutan danışıqların demək olar ki, hamısı əsasən Vladimir Putinin qeyri-konstruktiv və maksimalist mövqeyi səbəbindən nəticəsiz qalıb.
Hazırda ABŞ-ın təklif etdiyi variant iyun ayına qədər tərəflər arasında müharibəyə son qoyacaq sənədin imzalanmasını nəzərdə tutur. Vaşinqton hesab edir ki, Rusiya danışıqlar prosesində manipulyasiya edir və vaxt udmağa çalışır. Artıq bu səbəbdən ABŞ Ukraynanın mövqeyini gücləndirmək üçün ona ATACMS raketləri və digər hücum xarakterli silah sistemləri göndərib. Ukrayna ATACMS raketləridən Donetskdə uğurlu zərbələr endirir".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə Rusiya-Ukrayna danışıqlarını şərh edərkən səsləndirib. O qeyd edib ki, müharibənin dörd ili ərzində Rusiya qarşıya qoyduğu əsas siyasi və hərbi məqsədlərə nail ola bilməyib:
"Bundan sonra da Ukraynada geniş ərazilərin işğalı real görünmür. Əksinə, Ukraynanın müqaviməti və Qərbin hərbi dəstəyi Rusiyanın mövqelərini zəiflədib.
Qeyd edim ki, D. Trampın Ukraynaya dəstəyindən ABŞ-da daxili siyasi amillər də mühüm rol oynayır. Xüsusilə Donald Trumpın Konqresə aralıq seçkilər ərəfəsində mövqeyini gücləndirmək üçün Ukraynaya hərbi yardımı artırması istisna deyil. Çünki, Ukrayna Böyük Britaniya və Avropa İttifaqının dəstəyi ilə ərazi güzəştinə getmir. Məhz bundan sonra, Vaşinqtonun məqsədi danışıqlar masasında Rusiyanı güzəştə məcbur etməkdir. Buna görə də Ukraynanın cəbhə xəttində uğurları daha qabarıq görünür".
Anar