Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Şəmkirdə qəzada xəsarət alanların kimliyi bəlli olub.
"Unikal" xəbər verir ki, xəsarət alanlar Gədəbəy rayon sakinləri - 2006-cı il K.Səlimov,1988-ci il təvəllüdlü A.Vəliyeva,1960-cı il təvəllüdlü N.Səlimova və Şəmkir rayon sakini 1959-cu il təvəllüdlü. T.Qocayevadır.
*** 19:48
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, qəza Şəmkir–Gədəbəy yolunun Qasımallılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mitsubishi” və “VAZ 2106” markalı avtomobillər toqquşub. Qəza zamanı 73 yaşlı şəxs xəstəxanaya aparılarkən yolda həyatını itirib. Daha 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.