AZ

Donald Tramp Rusiyaya işləyir – Almaniyanın müdafiə naziri Boris Pistorius

Almaniyanın müdafiə naziri Boris Pistorius “Deutslandfunk”a verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti Donald Tramp səhv siqnallar göndərməklə Rusiyanın Ukraynadakı təcavüzünə son qoymaq səylərinə mənfi təsir göstərib.

O bildirib ki, Ağ Ev rəhbərinin hərəkətləri həm müharibənin gedişatına, həm də 15 avqust 2025-ci ildə Alyaskada keçirilən görüşdə Rusiya prezidenti Vladimir Putinin “qırmızı xalçanı açıb onu dost kimi qarşıladığı” zaman onun özünəinamına təsir edib. Eyni zamanda, yeni prezidentin təşəbbüsü ilə ABŞ Ukraynaya hərbi dəstəyini tamamilə dayandırıb.
Pistorius həmçinin Trampın Ukraynanın NATO-ya daxil olmasını istisna etməklə sülh danışıqlarında taktiki səhv etdiyini irəli sürüb.

Bundesver rəhbəri hesab edir ki, Amerika prezidenti Kiyevin Alyansa üzvlüyü məsələsini “vaxtından əvvəl və lazımsız şəkildə” gündəmdən çıxarıb. Müsahibədə Pistorius Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirəcəyinə söz verərək, Rusiyanın təcavüzünün məhv müharibəsinə çevrildiyini və Putinin “Ukraynada mülki əhaliyə qarşı terror müharibəsi davam edərkən danışıqlar aparmış kimi davrandığını” qeyd edib. O, Kiyevə dəstəyin davam etdirilməsinə çağırıb və Rusiya iqtisadiyyatının vəziyyətini nəzərə alaraq, indi “seçilmiş kursu qorumağın tam vaxtıdır” deyə əlavə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
26
editor.az

1Mənbələr