AZ

Nəriman Həsənzadə – 95: Səadət Məmmədova

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə QHT ictimaiyyəti tərəfindən xüsusi təşəbbüsə start verilib.

QHT.az “Nərmiman Həsənzadə Poetry Challenge” çərçivəsində QHT sədrlərinin ürək sözlərini sizlərlə bölüşür. Maarifçi Media Mərkəzinin Səadət Məmmədova:

"Əziz Rəşad Məcidin ötürdüyü estafeti qəbul edib Nəriman Həsənzadə Şeirləri Marafonuna mən də qoşuluram. Həm də bunu böyük sevinc və məmnuniyyətlə edirəm. Çünki şeir Azərbaycan dilinin gözəlliklərini, zənginliyini və dərinliyini öyrənmək və yaşatmaq baxımından ən gözəl vasitələrdən biridir. Nəriman müəllim poeziyamızın ən şirin, ən səmimi nümunələrini yaradan qələm sahiblərindəndir.

Çox şeirinizi oxumuşam, Nəriman müəllim. Amma biri xüsusilə gözümə və qəlbimə ilişib qalıb. Onun bir hissəsini səsləndirmək istəyirəm:

Yuxuda görərdin nə vaxtsa hərdən,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.
Qoluna girərdim, bu yadındadır,
Gedərdik yolumuz, arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
Toxunsa biz indi üzr istəyirik.
Hayanda oldumsa, səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki, görəsən məni?..

Nə gözəl yazmısınız, ay Nəriman müəllim. Qələminizə, qəlbinizə sağlıq. Allah sizə can sağlığı versin. Bənzərsiz söz xalçanız, sevgi dolu qələminiz şeir sevərlərin qəlbini həmişə işıqlandırsın.

Mən estafeti Qazi qardaşım, dəyərli həmkarım Rey Kərimoğluna ötürürəm. Əminəm ki, o da sizin gözəl misralarınızdan birini səsləndirəcək".

Seçilən
29
qht.az

1Mənbələr