Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə QHT ictimaiyyəti tərəfindən xüsusi təşəbbüsə start verilib.
QHT.az “Nərmiman Həsənzadə Poetry Challenge” çərçivəsində QHT sədrlərinin ürək sözlərini sizlərlə bölüşür. QAZİLER.AZ saytının baş redaktoru Rey Kərimoğlu:
"Dəyərli həmkarımız Səadət Məmmədovadan estafeti qəbul edib Azərbaycanın xalq şairi, əziz və dəyərli Nəriman Həsənzadəni təbrik edirəm. Ona uzun ömür və can sağlığı arzulayıram. Nəriman Həsənzadənin yaratdığı poeziya Azərbaycan xalqının ən sevdiyi ədəbi nümunələrdəndir. Xalqımız onu sevir, ona böyük hörmət və sayğı bəsləyir.
Onun Azərbaycanın ilk hərbi diktoru, dəyərli sənətçimiz Şəmistan Əlizamanlıya həsr etdiyi “Oxu” şeirindən bir bəndi sizin üçün səsləndirirəm:
Yerdə eşitdiyim göy gurultusu
Yerin nemətidir, Haqqın öz səsi.
Şərəfli bir ömür – sən yol yolçusu,
Sən bir də Tanrının bizə töhfəsi.
Estafeti Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, dəyərli Umud Mirzəyevə ötürürəm".