AZ

"Turan Tovuz"un müdafiə xəttini yarmaq çox çətin olur" - Kaxaber Sxadadze

"Qəbələ" Misli premyer-liqasının təxirə salınmış 14-cü tur matçında "Turan Tovuz"a uduzdu - 0:3.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Oyun haqda çox danışmayacam. Əvvəlcə "Turan Tovuz"u təbrik edirəm. Oyuna çox pis başladıq. İlk dəqiqələrdə 2 qol buraxdıq. "Turan Tovuz" kimi təcrübəli komandaya qarşı sonradan oyunu toparlamaq çətindi. Rəqibin 2-ci qolundan sonra bir neçə fürsətimiz oldu. Təəssüf ki, onları reallaşdıra bilmədik. Fərqlənə bilsəydik, bəlkə də oyun başqa cür ola bilərdi. İkinci hissənin əvvəlində isə öz qapımıza qol vurduq. Bundan sonra komanda istədiyi kimi oynaya bilmədi. "Turan Tovuz" müdafiədə çox diqqətli oynayır. Onların müdafiə xəttini yarmaq çox çətin olur.

- Demək olar ki, bu, "Qəbələ"nin ən zəif oyunu idi? Bəlkə qarşıdan gələn "Karvan-Yevlax"la matçın daha vacib olduğunu düşünürsüz?
- Bizim üçün hər oyun vacibdi. Aydın məsələdi ki, "Karvan-Yevlax"la matç final kimidi. Prins Ovusu çox gəncdi. Həddindən artıq çox oynayıb. Bəzən onu da əvəzləmək lazımdı. Dörd gündən bir oyun oynayırıq. Bu da çətindi. Belə hallarda heyətdə rotasiyalar vacibdi. Bəzi futbolçular özlərini yaxşı tərəfdən göstərdi, bəziləri göstərə bilmədi. Sıx qrafikdə rotasiyalar etməliyik. Start heyətində meydana çıxanlar başa düşməlidilər ki, özlərini göstərməlidilər. Təəssüf ki, bəziləri göstərə bilmədilər. Bütün mövsümü 11 nəfərlə oynamaq mümkün deyil. Murad Musayev ötən matçda oynamamışdı. Halbuki komandanın kapitanıdı. Bu gün meydana çıxdı və müdafiədə komandanın ən səhvsiz oyunçularından biri idi. Hamı öz üzərində bu cür işləməlidi. Komanda 11 nəfərdən ibarət deyil. Digər futbolçular da xeyir verməlidi.

- "Karvan-Yevlax" uzun müddətdi qələbə qazana bilmir. Belə komanda ilə oyuna final deyirsiz. Öz komandanızdan ehtiyat edirsiz?
- Bütün rəqiblərə hörmətlə yanaşırıq. Heç vaxt deyə bilmərəm ki, biz "Karvan-Yevlax"dan güclüyük. Onlar da yaxşı komandadı. Çalışırlar, mübarizə aparırlar. Xalları az olsa da, çox ciddi oyun olacaq.

Seçilən
12
8
football-plus.az

9Mənbələr