AZ

MÜJDƏ - 700 min vətəndaşın gəliri hər il yenilənəcəkVİDEO

Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Yeni dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq.

Xezerxeber.az-ın xəbərinə görə, iqtisadçı Eldəniz Əmirov deyir ki, qanuna əlavə edilən yeni bəndlərlə artıq minimum əməkhaqqı məbləğinin müəyyənləşdirilməsi sadəcə ehtiyac yarandıqda deyil, qanunla tənzimlənən mütəmadi bir prosesə çevrilir.

Bu dəyişiklik isə təkcə ən aşağı maaş alanların yox, vahid tarif cədvəli üzrə ödəniş alan 700 minə yaxın vətəndaşın gəlirinin hər il yenilənməsi deməkdir.

Ekspertin də qeyd etdiyi kimi, mexanizm artıq tam bəllidir. Müvafiq qurumlar təkliflərini hazırlayacaq və ildə ən azı bir dəfə bu məbləğə yenidən baxılacaq. Bu isə dövlət büdcəsindən maliyyələşən elm, mədəniyyət, idman və kənd təsərrüfatı kimi sahələrdə çalışanlar üçün də zəncirvari artım deməkdir.

Hazırda ölkədə Vahid Tarif Cədvəli üzrə ən aşağı maaş 400 manatdır. Minimum əməkhaqqıda gözlənilən artımlar həm dövlət, həm özəl sektorda maaş artımlarına səbəb olacaq. Çünki, hər iki sektorda minimum əməkhaqqıdan az maaş təklif etmək qanunvericiliklə qadağandır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
5
xezerxeber.az

1Mənbələr