AZ

İrəvan təşvişdə: Paşinyan Putinlə mübarizədə görün kimdən kömək istədi

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ermənistan hakimiyyəti Rusiyanın təsirinə qarşı mübarizə məqsədilə Avropa İttifaqına müraciət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediasına istinadən məlumat yayılıb.

Məlumata görə, rəsmi İrəvan ölkəyə informasiya sahəsində mümkün təsirlərin qarşısını almaq üçün Avropa İttifaqından sürətli hibrid reaksiya qrupunun göndərilməsini təklif edib.

Bildirilir ki, bu qrup dezinformasiya və informasiya təhlükələri ilə mübarizə istiqamətində fəaliyyət göstərə bilər.

Qeyd olunur ki, Avropa İttifaqı daha əvvəl oxşar missiyanı Moldovaya parlament seçkiləri dövründə göndərib. Həmin vaxt təxminən 20 mütəxəssisdən ibarət qrup sosial şəbəkələrdə yayılan və Rusiyayla əlaqəli olduğu iddia edilən dezinformasiya materiallarının aşkarlanması və təhlili ilə məşğul olub.

Ekspertlər hesab edir ki, Ermənistanın bu addımı regionda geosiyasi balansın dəyişməsi fonunda İrəvanın təhlükəsizlik və informasiya sahəsində Qərblə əməkdaşlığı gücləndirmək cəhdinin göstəricisi kimi qiymətləndirilir.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
globalinfo.az

1Mənbələr