AZ

Putin görün kimlərdən qorxur... Durovdan sərt açıqlama

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Teleqram”ın qurucusu Pavel Durov Rusiya dövlət mediasında onun barəsində cinayət işinin açılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, Durov şəxsi teleqram kanalında paylaşdığı açıqlamada qeyd edib ki, Rusiya hakimiyyəti onu “terrorçuluğa yardım” ittihamı ilə təqib edir.

Durovun sözlərinə görə, bu addımların əsas məqsədi ölkə vətəndaşlarının “Teleqram” platformasına çıxışını məhdudlaşdırmaq və şəxsi həyatın toxunulmazlığı ilə söz azadlığını zəiflətməkdir.

“Rusiya mənə qarşı ‘terrorçuluğa yardım’ ittihamı ilə cinayət işi açıb. Hakimiyyət hər gün yeni bəhanələr uyduraraq insanların platformaya çıxışını məhdudlaşdırmağa çalışır. Bu, öz xalqından qorxan dövlətin acınacaqlı mənzərəsidir”, – deyə o bildirib.

Qeyd edək ki, son dövrlər Rusiyada messencerlər və sosial platformalar üzərində nəzarətin gücləndirilməsi ilə bağlı müzakirələr yenidən aktuallaşıb.

Əliyar Xəlil,

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
globalinfo.az

1Mənbələr