GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Finlandiya dövlət başçısı Aleksandr Stubb və Norveçin baş naziri Yonas Qar Storeyə göndərdiyi məktubla yenidən diqqət mərkəzinə düşüb.
Globalinfo.az-ın xəbərinə görə, Finlandiya prezidenti Aleksandr Stubb Norveçin “VG” qəzetinə müsahibəsində bildirib ki, Ağ Ev rəhbəri ona və Norveç hökumət başçısına eyni məzmunlu məktub ünvanlayıb.
Məktubda Tramp Nobel Sülh Mükafatının ona verilməməsindən narazılığını ifadə edib.
Stubbun sözlərinə görə, 18 yanvar tarixli məktubda ABŞ lideri artıq yalnız sülh məsələlərini düşünmək məcburiyyətində olmadığını qeyd edib və bunu Norveç tərəfinin Nobel mükafatı ilə bağlı qərarı ilə əlaqələndirib.
Qeyd edək ki, sözügedən məktub diplomatik dairələrdə maraq doğurub və beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.