Məktəbin qarşısındakı yolda hər gün təhlükəli vəziyyət yaşanır... Piyada zolağından keçənlərə yol verməyən əksər sürücülər qəza riski yaradırlar...
Xezerxeber.az xəbər verir ki, söhbət Oğuz-Şəki-Qax mağistralının kənarında yerləşən Şəki şəhər 4 nömrəli tam orta məktəbin qarşısından gedir.
Valideyn və müəllimlər sürücülərin məsuliyyətsiz davranışlarının hər an faciəvi hadisəyə səbəb ola biləcəyini deyirlər.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sözügedən yolun həmin hissəsində mövcud olmasa da, yaxın ərazilərdə texniki nəzarət avadanlıqları quraşdırılıb. Yolun bütün hissələrində belə cihazları yerləşdirmək mümkün deyil. Lakin gələcəkdə magistral yolun həmin hissəsində əlavə avadanlıq quraşdırılması qərara alınarsa, bununla bağlı lazımi tədbirlər görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.