AZ

“Benfika”nın futbolçusu Vinisius və Mbappeni məhkəməyə verə bilər

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

Argentinalı “Benfika” oyunçusu Canluka Prestianni “Real Madrid” oyunçuları Vinisius və Kilian Mbappeyə qarşı ayrı-seçkilik davranışlarına görə məhkəmə prosesi başlatmağı düşünür.

Yeniavaz.com xəbər verir ki, bu barədə “El Chiringuito TV” məlumat yayıb.

Fevralın 23-ü Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) Etika, Nəzarət və İntizam Komitəsi Prestianninin UEFA İntizam Qaydalarının ayrı-seçkilik davranışı ilə bağlı maddəsini pozduğuna görə “Real Madrid”ə qarşı Çempionlar Liqasının 1/8 finalının ikinci oyunundan kənarlaşdırılmasına qərar verib.

Oyun Lissabonda baş tutub və “Real Madrid”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu vurduqdan sonra hücumçu Vinisius “Benfika” azarkeşlərinə tərəf qaçıb və onlara qarşı təxribatçı jestlər edib. Daha sonra braziliyalı irqçi təhqirlərlə bağlı hakimə şikayət edib. İspaniya mediasının məlumatına görə, Vinisius Prestianni tərəfindən irqçi təhqir olunmuş ola bilər. Oyun 10 dəqiqəlik dayandırılıb. Oyunun sonunda Portuqaliya klubunun azarkeşləri Vinisiusa və digər “Real Madrid” oyunçularına şüşə və elektron siqaretlər də daxil olmaqla müxtəlif əşyalar atıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
yeniavaz.com

1Mənbələr