GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Qara dəniz boyunca uzanan “Türk Axını” və “Mavi Axın” boru kəmərlərinə qarşı mümkün təxribat planları ilə bağlı açıqlama verib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə məsələni Federal Təhlükəsizlik Xidmətinin idarə heyətinin iclasında çıxışı zamanı gündəmə gətirib.
Prezidentin sözlərinə görə, Qara dəniz marşrutu üzrə enerji infrastrukturuna qarşı təxribat ehtimalı var.
Putin bildirib ki, bəzi qüvvələr diplomatik həll və sülh prosesini pozmağa çalışırlar:
“Onlar nəyisə təhrik etmək və danışıqlarda əldə olunan nəticələri pozmaq üçün əllərindən gələni edirlər”.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.