AZ

Ramiz Mehdiyevin kadrı AMEA da yüksək vəzifəyə gətirilib? Rəsmi açıqlama

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni təyinat ətrafında yaranan müzakirələrə rəsmi aydınlıq gətirilib. Aynur Günəşlinin Elm və təhsil şöbəsinin müdir müavini vəzifəsinə gətirilməsi sosial şəbəkələrdə fərqli iddialarla qarşılansa da, Akademiya bu məlumatların həqiqəti əks etdirmədiyini bəyan edib.Demokrat.az xəbər verir ki, Rəsmi açıqlamaya görə Aynur Günəşli bu vəzifəyə fevralın 2-də şöbə müdiri Sərxan Xavərinin təqdimatı ilə təyin olunub. Onun vaxtilə Ramiz Mehdiyevin "kadrı" olması barədə yayılan xəbərlər isə əsassız hesab edilir. Bildirilib ki, o, həmin dövrdə cəmi 9 ay Aparat rəhbərinin köməkçisi işləyib və hər hansı ciddi qərar qəbul etmək səlahiyyəti olmayıb.Akademiya rəsmiləri gənc mütəxəssisin peşəkarlığına diqqət çəkərək, onun başqa qurumdan yüksək maaşlı iş təklifi aldığını qeyd ediblər. Aynur Günəşlinin Akademiyada qalması və təcrübəsindən yararlanmaq məqsədilə bu təyinatın reallaşdığı vurğulanır. O, proqramlaşdırma və elmmetrik hesabatların hazırlanması sahəsində bacarıqlı kadr kimi xarakterizə olunur.Qeyd edək ki, Aynur Günəşli 2013-cü ildən AMEA sistemində çalışır və YAP-ın fəal üzvlərindən biridir. Qurumdan bildirilib ki, təyinatın gizli saxlanılması barədə iddialar uydurmadır və o, şöbənin 15 nəfərlik kollektivinə rəsmən təqdim edilib.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
demokrat.az

1Mənbələr