AZ

Pezeşkiandan Bakı–İrəvan razılaşması ilə bağlı açıqlama

İran prezidenti Məsud Pezeşkian Ermənistanla Azərbaycan arasında mümkün sülh razılaşmasının region üçün strateji əhəmiyyət daşıdığını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Pezeşkian Tehranda Ermənistanın müdafiə naziri Suren Papikyanla keçirdiyi görüş zamanı danışıb.

İran lideri bildirib ki, Bakı ilə İrəvan arasında imzalanacaq sülh sazişi Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və sabitliyin təmin olunmasına ciddi töhfə verə bilər. Onun sözlərinə görə, Tehran regionda davamlı sülhün tərəfdarıdır və qonşu dövlətlər arasında konstruktiv dialoqu dəstəkləyir.

Pezeşkian eyni zamanda Ermənistanla strateji tərəfdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını vurğulayıb.

Musavat.com

Seçilən
40
nocomment.az

1Mənbələr