AZ

Nəriman Həsənzadə – 95: İradə Rizazadə

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə QHT ictimaiyyəti tərəfindən xüsusi təşəbbüsə start verilib.

QHT.az “Nərmiman Həsənzadə Poetry Challenge” çərçivəsində QHT sədrlərinin ürək sözlərini sizlərlə bölüşür. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə:

"Umud müəllimə təşəkkür edirəm ki, estafeti mənə ötürdü. Bu il böyük şairimiz Nəriman Həsənzadənin 95 illik yubileyini qeyd edirik və bu münasibətlə cənab Prezident tərəfindən o, Heydər Əliyev ordeni ilə təltif olunub. Onu ürəkdən təbrik edir, ən vacib nemət olan can sağlığı arzulayıram. Həyatının sevinc və xoş xəbərlərlə dolu olmasını diləyirəm. Var olun, Nəriman müəllim! İnşallah, 100 illik yubileyinizi də birlikdə qeyd edəcəyik.

Nəriman müəllimin çoxlu şeirlərini oxumuşam. Xüsusilə sevgi mövzusuna həsr olunmuş əsərləri yaddaşıma həkk olunub. Bu sevgi müxtəlif çalarlarla ifadə olunur – həm insan sevgisi, həm də yurd sevgisi. Onun “Ay haray” şeirindən bir neçə misranı səsləndirmək istəyirəm:

İllər arxada qaldı,
Arxada qan-qada qaldı.
Əkdim-biçdim, yada qaldı
Doğma torpaqlar, ay haray...
Kol dibində bənövşələr,
Dağlara qalxan meşələr,
Gedən oğullar, kişilər,
Sönən ocaqlar, ay haray...

İndi isə estafeti Mirzə Ələkbər Fondunun rəhbəri Sevda Tahirliyə ötürürəm".

Seçilən
31
qht.az

1Mənbələr