AZ

Braziliyada güclü yağışlar: 22 nəfər ölüb

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Braziliyanın cənub‑şərqindəki Minas Gerais ştatında güclü yağışlar nəticəsində ən azı 22 nəfər həyatını itirib.

Modern.az xəbər verir ki, ştatın yanğın xidməti Juiz de Fora şəhərində 16, Uba şəhərində isə 6 ölüm faktını təsdiqləyib.

Prezident Luiz Inacio Lula da Silva X (Twitter) üzərindən başsağlığı verib və humanitar yardım, xidmətlərin bərpası və məcburi köçkünlərə dəstək məsələlərinə diqqət çəkib.

Braziliya hökuməti Juiz de Fora üçün fövqəladə vəziyyət elan edib, yardım və xilasetmə işlərini sürətləndirib. Ölkənin Milli Meteorologiya İnstitutu 14 ştat üzrə, o cümlədən Minas Gerais və Rio de Janeiro-da güclü yağış xəbərdarlıqları verib. (Reuters)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
modern.az

1Mənbələr