AZ

ABŞ qırıcıları İsrailə eniş etdilər

İsrailin cənubundakı hərbi hava bazalarından birində ABŞ-nin 12 ədəd "F-22" qırıcısı eniş edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Kan" dövlət teleradio şirkəti məlumat yayıb.

Məlumata əsasən, "F-22" qırıcıları ABŞ qüvvələrinin Yaxın Şərqdə yerləşdirilməsi çərçivəsində İsrailə köçürülüb.

Daha əvvəl "The Washington Post" qəzeti peyk təsvirlərinə və uçuş məlumatlarının analizinə istinadən xəbər vermişdi ki, ABŞ fevralın 17-də Cenevrədə Vaşinqton və Tehran arasında danışıqlardan sonra Avropa və Yaxın Şərqdəki bazalarda 150-dən çox təyyarə yerləşdirməklə İran yaxınlığında hərbi mövcudluğunu artırıb./Oxu.az


Telegram kanalımız
Seçilən
7
yenisabah.az

1Mənbələr