525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ-nin şimal-şərq ştatlarına yağan güclü qar nəqliyyatın hərəkətinə ciddi təsir göstərib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə ölkədə rekord sayda - 5000-dən çox təyyarə reysi təxirə salınıb. Xüsusilə Nyu-York və Boston hava limanlarında çoxsaylı uçuşlar baş tutmayıb.
ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, Nyu York, Nyu Cersi, Massaçusets və Rod-Aylenddə qarın qalınlığı yüksək həddə çatıb. Nyu Yorkdakı Mərkəzi Parka yağan qarın hündürlüyü 50 santimetrə çatıb və bu, tarixdə ən yüksək göstəricidir. Rod-Aylenddə isə qarın qalınlığı 96 santimetrdir.
Güclü qar səbəbindən Şərq Sahilində 600 mindən çox ev və müəssisədə elektrik enerjisi kəsilib.
Bundan əlavə, fövqəladə hallar istisna olmaqla, bəzi ərazilərdə avtomobillərin idarə edilməsinə məhdudiyyətlər qoyulub.
İbrahim Cəfərov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.