AZ

Xalça istehsalı, yoxsa bahalı servis? – 247 min AZN-lik tender

Azərxalça ASC nəqliyyat vasitələrinin cari təmiri xidmətinin satın alınması ilə bağlı tender elan edib.

NOCOMMENT.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 247.561,84 AZN təşkil edir.

Tender çərçivəsində qurumun balansında olan nəqliyyat vasitələrinin cari təmiri və texniki saz vəziyyətdə saxlanılması üzrə xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, xidmətin məqsədi avtomobillərin istismar müddətinin artırılması və onların fasiləsiz fəaliyyətinin təmin edilməsidir. /32gun.az/

Seçilən
51
nocomment.az

1Mənbələr