AZ

KİV: Pentaqon "Anthropic" şirkətinə fevralın 27-dək vaxt qoydu

KİV: Pentaqon "Anthropic" şirkətinə fevralın 27-dək vaxt qoydu

ABŞ Müdafiə Nazirliyi süni intellekt texnologiyaları hazırlayan "Anthropic" şirkətindən öz məhsullarının hərbi məqsədlərlə istifadəsinə qoyulan məhdudiyyətləri fevralın 27-dək aradan qaldırmağı tələb edib.

AFN.az-ın məlumatına görə, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən xəbər yayıb. Məlumata görə, müdafiə naziri Pit Heqset "Anthropic"in baş direktoru Dario Amodeiyə cümə günü axşamına qədər vaxt verib ki, hərbçilərə şirkətin süni intellekt modelinə məhdudiyyətsiz çıxışı təmin etsin.

Heqset bildirib ki, Pentaqon tələbi yerinə yetirilməzsə, federal hakimiyyətə özəl şirkətlərin istehsal prosesinə birbaşa müdaxilə etmək imkanı verən 1950-ci il tarixli "Müdafiə İstehsalatı Aktı"nı tətbiq edəcək. Pentaqon "Claude" İİ modelinin "bütün qanuni məqsədlər", o cümlədən hərbi əməliyyatlar və kəşfiyyat üçün istifadə edilməsini hədəfləyir.

"Anthropic" şirkəti isə bəyan edib ki, istifadə siyasətini dəyişməyə hazır olsa da, texnologiyaların kütləvi izləmə və ya insan müdaxiləsi olmadan atəş açan avtonom silahların yaradılması üçün istifadəsinə icazə verməyəcək.

Mediada yayılan məlumata görə, Pentaqon Venesuela prezidenti Nikolas Maduronun saxlanılması əməliyyatı zamanı şirkətin qadağasına baxmayaraq "Claude" modelindən artıq istifadə edib.

Seçilən
39
afn.az

1Mənbələr